Bu yollarda sürət həddi ENDİRİLDİ

22:13 14.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hazırda hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 20 km/saat, Heydər Əliyev prospekti-Mərdəkan körpüsünə qədər olan yolda isə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə hafta.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

"Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda “sürüşkən yol ” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir", - deyə bildirilib.